Rusiyada MSK nın saytına haker hücumları edilir

SİYASƏT

13 Sentyabr 2020 15:19

Oxunma sayi: 518
Rusiyada MSK   nın saytına     haker hücumları edilir

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası veb saytına haker hücumları olması barədə məlumat verib.

 

Azmedia.az bildirir ki, bu barədə TASS xəbər verib. Məlumata görə, Mərkəzi Seçki Komissiyası rəhbərinin müavini Nikolay Bulaev hazırkı seçkilər zamanı agentliyin saytında gecə-gündüz haker hücumlarının olduğunu söyləyib:

“Artıq buna birtəhər uyğunlaşmışıq. Əsasən sayta hücum edirlər. Seçki sistemi ilə bağlı hücum qeydə alınmayıb. Sayta hücumlar etmək isə sadəcə mənasızdır ”.

 

Qeyd edək ki, bu gün Rusiyada Vahid səsvermə günü keçirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!