Rusiyadan Qarabağla bağlı mühüm açıqlama: Laçın dəhlizi boyunca...

SİYASƏT

25 Mart 2021 21:30

Oxunma sayi: 822
Rusiyadan Qarabağla bağlı mühüm açıqlama:     Laçın dəhlizi boyunca...

Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyətin sabitləşməsi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib.

Azmedia.Az oxu24.com-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında bildirilib.

Qeyd olunub ki, noyabrın 9-da Rusiya, Azərbaycan və ermənistan liderləri tərəfindən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi fəaliyyətin dayandırılması haqqında bəyanat qəbul olunub:

“Təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib, beynəlxalq humanitar reaksiya mərkəzi yaradılıb.

Nəticədə Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib. Bu da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib.

Rusiya ATƏT-in Misnk Qrupu çərçivəsində siyasi nizamlanma prosesinin hərəkətə gətirilməsinə iştirak edib".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!