Rusiyadan Ukraynaya hücum iddialarına Reaksiya

SİYASƏT

09 Dekabr 2021 22:07

Oxunma sayi: 146
Rusiyadan Ukraynaya hücum iddialarına   Reaksiya

Rusiyanın Baş Qərargah rəisi, general Valeri Gerasimov Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşması ilə bağlı iddiaları təkzib edib.

Azmedia.Az xəbər verir ki, bu barədə o, Moskvada xarici dövlətlərin hərbi attaşelərinin iştirak etdiyi brifinqdə bildirib.

"NATO ölkələri Rusiya qoşunlarının ölkəmizdəki hərəkətliliyinə fövqəladə əhəmiyyət verir. Hərbi fəaliyyət bizim milli ərazimizdə həyata keçirilir və bildiriş tələb olunmur. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir. Mətbuatda yayılan Rusiyanın Ukraynaya hücumu ilə bağlı iddialar yalandır", - Gerasimov deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!