Rusiyalı hərbi ekspert İkinci Qarabağ Müharibəsində aviasiyanın rolundan danışdı VİDEO

SİYASƏT

11 Dekabr 2020 15:38

Oxunma sayi: 1113
Rusiyalı hərbi ekspert İkinci Qarabağ Müharibəsində aviasiyanın rolundan danışdı   VİDEO

“Caliber” layihəsinin “Youtube” kanalı rusiyalı hərbi ekspert Aleksey Xlopotovun İkinci Qarabağ Müharibəsinin xüsusiyyətləri barədə fikirlərini təqdim edib.

 

Onun fikrincə, bu müharibə pilotlu təyyarələrin rolu praktik olaraq sıfıra endirilməsi ilə seçilirdi ki, bu da çox sayda müxtəlif hava hücumundan müdafiə sisteminin olması ilə əlaqədardır.

Xlopotov qeyd edib ki, müharibənin sonunda gücdən düşmüş Ermənistan tərəfi Su-25 hücum təyyarələrindən istifadə etməyə çalışdı, ancaq onlar dərhal aşkarlanaraq məhv edildilər.

Ekspert Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hava hücumundan müdafiə sistemlərinin yerlərini aşkar etmək və onları məhv etmək üçün köhnəlmiş AN-2 təyyarə modellərinin pilotsuz aparatlar kimi istifadəsilə bağlı yeni taktiki texnikasına xüsusi diqqət çəkib.

Xlopotovun sözlərinə görə, bu cür müharibə metodları əvvəllər istifadə edilməyib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!