Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat

SİYASƏT

11 Mart 2021 23:15

Oxunma sayi: 625
Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat

Rusiyanın "Birinci kanal"ı Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna humanitar yüklərin daşınmasına dair süjet yayımlayıb.


Azmedia.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, süjetdə bildirilib ki, bölgəyə ümumilikdə 130 ton həcmində elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları çatdırılıb.


Bu yardımların regionda sosial obyektlərin və yaşayış evlərini işıq və su ilə təminatı üçün son dərəcə önəmli olduğu vurğulanıb.


Sonda isə aparıcının Rusiya sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərində deyil, qondarma respublikanın ərazisində olduğunu bildirməsi isə kanalda ermənipərəst meyillərin güclü olduğuna işarə edir.


Rusiyanın "Birinci kanal"ının efirində rəsmi Moskvanın mövqeyinə zidd, eyni zamanda, təxribatçı ifadələrin səslənməsi sözügedən kanalın erməni lobbisinin təsiri altında fəaliyyət göstərməsinin sübutudur.


Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bəyan edib. Lakin görünür, Rusiya mediasında ermənipərəst qüvvələrin təsiri KİV-i ölkənin rəsmi mövqeyinə zidd ifadələr səsləndirməyə sövq edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!