Saakaşvili ABŞ dan Gürcüstana sanksiya tətbiq etməyi tələb edir

SİYASƏT

22 Noyabr 2021 14:09

Oxunma sayi: 232
Saakaşvili ABŞ   dan Gürcüstana sanksiya tətbiq etməyi tələb edir

“Vaşinqton demokratiyanı sarsıtmaq cəhdlərinə görə Tbilisiyə qarşı sanksiya tətbiq etməlidir”.

Azmedia.Az xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili beynəlxalq “Politico” nəşrinə ünvanladığı məktubda deyib. 

“ABŞ Gürcüstan hakimiyyətini demokratiyanı sarsıtmaq cəhdlərinə görə açıq şəkildə qınamalıdır. Həmçinin ABŞ Konqresi Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqi məsələsini də nəzərdən keçirməlidir”, - deyə gürcü siyasətçi məktubda qeyd edib.

Bununla yanaşı, Saakaşvili hakim “Gürcü arzusu” partiyasını məhkəmə sistemi və bir çox KİV üzərində nəzarəti gücləndirməkdə, eləcə də bir sıra başqa problemlərdə ittiham edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!