Saakaşvili dərman qəbul etməyə razılıq verib

SİYASƏT

20 Oktyabr 2021 15:20

Oxunma sayi: 230
Saakaşvili dərman qəbul etməyə razılıq verib

“Oktyabrın 1-dən aclıq aksiyası keçirən Mixail Saakaşvili qida qəbul etməyə başlamayacaq, lakin dərman müalicəsinə razıdır”.

Azmedia.Az xəbər verir ki, bunu Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili deyib.

Saakaşvili qeyd edib ki, həbsdə qalmağa davam etdiyi müddətdə heç bir formada qida qəbul etməyəcək və ölməyə hazırdır. Lakin sağlam düşünə bilməsi üçün dərman qəbul etməyə razıdır.

Qeyd edək ki, Gürcüstanın Səhiyyə Nazirliyi yanında yaradılan həkim qrupu oktyabrın 19-u Saakaşvilini ziyarət edib. Həkimlər siyasətçinin klinikaya yerləşdirilməsi ilə bağlı rəy veriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!