Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu VİDEO

SİYASƏT

09 Fevral 2022 13:54

Oxunma sayi: 344
Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu   VİDEO

 Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir. Proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

Azmedia.Az-ın “TASS”a istinadən məlumatına görə, Saakaşvili məhkəmə zalında Ukraynanın dövlət himnini ifa edib.

O, çıxışına başladıqda bütün ittihamları əsassız adlandırıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu, zalda ajiotaja səbəb olub və sözlü mübahisə yaranıb. Bunun ardınca vəkillər Saakaşviliyə Ukrayna bayrağını veriblər və telefonda Ukrayna himnini səsləndiriblər. Saakaşvili isə himni oxumağa başlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!