Saakaşvili yenidən məhkəməyə çıxarıldı

SİYASƏT

02 Dekabr 2021 11:52

Oxunma sayi: 268
Saakaşvili yenidən məhkəməyə çıxarıldı

Bu gün Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Azmedia.Az “Interpressnews”a istinadən xəbər verir ki, gürcü siyasətçi prosesdə iştirak etmək üçün artıq Tbilisi Şəhər Məhkəməsinə aparılıb. 

Mixail Saakaşvilinin ailə üzvləri və partiya üzrə tərəfdaşları da məhkəməyə gəlib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin təqsirləndirildiyi vəsaitlərin mənimsənilməsi işinə baxılacaq. Saakaşvilinin vəkili Şota Tutberidzenin sözlərinə görə, gürcü siyasətçi bu gün məhkəmədə çıxış edəcək.

Xatırladaq ki, Saakaşvili noyabrın 29-u keçirilən məhkəmə prosesində də iştirak edib.


  






 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!