Saakaşvilinin həbsxanadan ilk FOTOSU

SİYASƏT

21 Oktyabr 2021 16:40

Oxunma sayi: 244
Saakaşvilinin həbsxanadan ilk FOTOSU

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxanadan ilk fotosu yayılıb.

Azmedia.Az xəbər verir ki, sözügedən foto Saakaşvilinin rəsmi feysbuk hesabında paylaşılıb.

“Mixail Saakaşvili onu dəstəkləmək üçün Rustavi həbsxanasının yanında toplanmış tərəfdarlarını salamlayır”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili oktyabrın 1-i saxlanılıb və 12 saylı Rustavi həbsxanasına göndərilib. Siyasətçi saxlanıldığı gündən etibarən aclıq aksiyası elan edib.


 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!