Saakaşvilinin tərəfdarları gecəni Hökumət Evinin qarşısında keçirib

SİYASƏT

09 Noyabr 2021 11:36

Oxunma sayi: 226
Saakaşvilinin tərəfdarları gecəni Hökumət Evinin qarşısında keçirib

Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və Gürcüstanın eks-Prezidenti Mixail Saakaşvilinin digər tərəfdarları bazar ertəsi keçmiş dövlət başçısına dəstək məqsədilə mitinq ediblər, bütün gecəni Hökumət Evinin qarşısında keçiriblər.

Azmedia.Az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Ərazidə, həmçinin polis dəstələri növbə çəkib. Gecə vəziyyət bir neçə dəfə kəskinləşib, lakin həbssiz ötüşüb. Səhər saatlarında etirazçıların sayı yetərincə azalıb, lakin polis təhlükəsizlik məqsədi ilə binanın giriş hissəsinə dəmir çəpərlər düzüb. Hazırda vəziyyət sakitdir.

Etirazçılar Saakaşvilinin həbsxana xəstəxanasından vətəndaş klinikasına köçürülməsini tələb edir, bu tələb yerinə yetirilməyənədək etirazların davam edəcəyini bildirirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!