Sabah Bakının üç rayonunda qaz olmayacaq

ÖLKƏ

16 Aprel 2024 19:15

Oxunma sayi: 412
Sabah Bakının üç rayonunda  qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Azmedia.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, “Dübəndi” qazpaylayıcı stansiyasında (QPS) “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri görülən müddətdə Xəzər rayonunun (Kənd Qala, Xaşa-Xuna bağları, Laçın və Kəlbəcər rayonlarında olan keçmiş məcburi köçkünlərin yaşadığı ərazilər), Nərimanov rayonunun (F.Yusifov, Təbriz, N.Hacıyev, A.Nemətulla, F.X.Xoyski, Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələri), Qaradağ rayonunun (Lökbatan qəsəbəsinin 20 Yanvar, 28 May, M.Ə.Sabir küçələrində və 1-ci, 2-ci massivlər) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!