ŞAD XƏBƏR: Şəhid olduğu deyilən lənkəranlı hərbi qulluqçu sağdır FOTO

SİYASƏT

15 Dekabr 2020 18:49

Oxunma sayi: 1364
ŞAD XƏBƏR:       Şəhid olduğu deyilən lənkəranlı hərbi qulluqçu sağdır   FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq Vətənə gətirilən hərbi qulluqçular arasında Vəliyev Vəliəhəd Şakir oğlu da var.

 

Azmedia.az  xəbər verir ki, 1998-ci il təvəllüdlü V.Vəliyev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülmüşdü.

Bir müddət əvvəl onun şəhid olması xəbəri yayılmış, lakin sonra Lənkəranın Bala Şürük kəndində yaşayan ailəsinə zəng vuraraq sağ-salamat olduğunu bildirməsi ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq ötən gün 14 hərbi qulluqçu və mülki vətəndaş Bakıya gətirilib. Hazırda onlar müayinə və müalicə olunurlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!