Sadiq 15 postun alınmasında müstəsna qəhrəmanlıq göstərdi VİDEO

SİYASƏT

14 Yanvar 2021 16:06

Oxunma sayi: 766
Sadiq 15 postun alınmasında müstəsna qəhrəmanlıq göstərdi   VİDEO

Vətən müharibəsində qələbənin memarları əsgərlərimiz, hərbi qulluqçularımızdır. Döyüşlər bitdikdən sonra zamanla onların hər birini tədricən tanıyırıq. İndi təqdim edəcəyimiz qəhrəmanımız yaralansa da döyüş meydanına geri qayıdıb və 15 postun alınmasında şücaət göstərib. Qazimiz Sadiq Abbaslı sonuncu döyüşündə ikinci dəfə ağır yaralanıb. Hazırda müalicə alan igidimiz ən böyük arzusuna çatdığını deyir.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, narkozun təsirində ola ola fikrində və xəyalında ancaq vətəni qoruyur.

Gözlərini açan andan isə xəstəxanadan birbaşa döyüşə qayıtmaq istəsə də həkimlər ona icazə vermir.

Suqovuşanın geri qaytarılmasında, Mübariz postu və daha 15 postun alınmasında müstəsnə qəhrəmanlıq göstərən qazimiz Sadiq Abbaslı döyüşlər zamanı iki dəfə yaralanıb. Birinci dəfə yaralanan zaman o yenidən döyüşə qayıda bilib. İkinci dəfə isə ağır yaralandığından yoldaşları onu döyüş meydanından çətinliklə də olsa çıxara biliblər.

Yenicə doğulan körpəsinə milli qəhrəmanımız Polad Həşimovun adını verərək döyüş köynəyini Balaca Polada əmanət edib çıxıb evdən Sadiq. Qələbə xəbərini xəstəxanada alan Sadiqin indi bir arzusu var .Döyüşdüyü o yerləri balaca Poladla yenidən gəzsin.

Müddətdən artıq hərbi qulluqçu olan Sadiq torpaqlarımızın azad olunmasının illərdir yeganə arzusu olduğunu deyir. Döyüşə gedərkən isə qardaşı Oruc da döyüşdə Sadiqi tək qoymaq istəməyib. Könüllü döyüşə yazılan Oruc qardaşı ilə birlikdə eyni istiqamətdə döyüşüblər. İndi hər iki qardaş qələbə sevincinə şərikdilər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!