Şahbaz Quliyev: “Əlim şişdiyi üçün Qırmızı Xaç Komitəsi şəklimi çəkmək istəmirdi”

SİYASƏT

07 Yanvar 2021 14:39

Oxunma sayi: 865
Şahbaz Quliyev:     “Əlim şişdiyi üçün Qırmızı Xaç Komitəsi şəklimi çəkmək istəmirdi”

“Bizə çox işgəncə veriblər. Qırmızı Xaç Komitəsi əlimin şəklini çəkmək istəmirdi. Şişmişdi deyə”. 

 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu girovluqdan qaytarılmış Şahbaz Quliyev mətbuat kpnfransında deyib:

“Mənə 22 il həbslə bağlı hökm verildi. Şuşada bizə baxmırdılar. Qırmızı Xaç Komitəsinin gəlməsindən sonra bizə münasibət dəyişdi. İlham Əliyevə ümidimiz vardı ki, biz vətənə qayıdacağıq.

44 günlük müharibə bütün Ermənistanı çökdürdü. Bu müharibədə ermənilərdə “voennıy” sözünün V hərfi qalmayıb. Kəlbəcər və Laçını siyasətlə aldıq. Müharibə davam etsəydi, onlarda hərbçi qalmayacaqdı”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!