Şahin Mustafayev Perm diyarının qubernatoru ilə görüşüb

SİYASƏT

01 İyun 2022 17:12

Oxunma sayi: 353
Şahin Mustafayev Perm diyarının qubernatoru ilə görüşüb

Bu gün Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyasının Perm diyarının qubernatoru Dmitri Maxoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ticari-iqtisadi, investisiya, nəqliyyat, tranzit, humanitar və bir çox digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verdiyi bildirilib.

Eyni zamanda, iki ölkə arasında müxtəlif istiqamətlərdə uğurla həyata keçirilən müştərək layihələrin əhəmiyyəti qeyd edilib.

Azərbaycanın Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Perm diyarı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.

2021-ci ilin dekabrında Perm diyarının rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinə toxunuldu, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirildiyi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi vurğulanıb.

Perm diyarının Aqroekspress layihəsi çərçivəsində Rusiyada malların qəbulu və göndərilməsi üzrə pilot ərazilərdən biri kimi müəyyənləşdirildiyi nəzərə alınaraq, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!