Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - “Mövsümün sonunda...“ - Özü AÇIQLADI

İDMAN

27 Aprel 2024 16:56

Oxunma sayi: 580
Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan  AYRILIR? - “Mövsümün sonunda...“ - Özü AÇIQLADI

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.

Azmedia.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb:

“Adana Dəmirspor” klubu ilə müqaviləmin müddəti 2025-ci ildə başa çatacaq. Mən bu komandanın futbolçusuyam. Mövsümün sonunda hər şey daha dəqiq bilinəcək”.

Türkiyə Superliqasının XXXIV turunda “Qalatasaray”a (0:3) qarşı meydana çıxan Ş.Məhəmmədəliyev oyunla bağlı fikirlərini bölüşüb: “Ümumilikdə pis oyun alınmadı, lakin yekunda qələbə rəqibin oldu. İlk hissədə pis çıxış etmədim. Sadəcə, "Qalatasaray"da Muslera var”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!