Şamaxılı qazi böyük coşqu ilə qarşılandı VİDEO

SİYASƏT

14 Dekabr 2020 10:48

Oxunma sayi: 1018
Şamaxılı qazi böyük coşqu ilə qarşılandı   VİDEO

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərimiz, igidlərimiz doğmalarının yanına qayıdır. Həmin qəhrəmanlardan biri də Şamaxıdan Vətən müharibəsinə yollanan Qabil Abasəliyevdir.

 

Qələbə müjdəsi ilə qayıdan qəhrəmanımız ilk olaraq Vətən uğurda canından keçən döyüş yoldaşlarının məzarını ziyarət edib.

Sonra avtomobil karvanı ilə yaşadığı Mədrəsə qəsəbəsinə yollanıb.

Qəsəbə sakinləri xalqın qəhrəmanına çevrilən igidimizi böyük coşqu və sevgi ilə qarşılayıblar.

Ailəsi Q.Abasəliyevin gəlişi şərəfinə qurbanlar kəsib. Uzaqda olan qohumlar isə telefonla təbriklərini çatdırıblar.

Döyüşlərdə iştirak edən qəhrəmanımız qüdrətli ordumuzun qarşında dayana bilməyən düşmənin acizliyindən danışıb.

Övladı ilə qürur duyan ana qələbə xəbərini çatdıran Ali Baş Komandan İlham Əliyevə qazi anaları adından təşəkkürünü bildirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!