Şarl Mişel və Vladimir Putin Qarabağı müzakirə edib

SİYASƏT

08 Sentyabr 2021 16:44

Oxunma sayi: 142
Şarl Mişel və Vladimir Putin Qarabağı müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Qarabağ regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Azmedia.Az xəbər verir ki, bu barədə Şarl Mişel özünün “Twitter” hesabında paylaşım edib.

Telefon danışığı zamanı tərəflər bölgədə sülhün qorunması üçün etimadın və dialoqun gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!