“Şayiə yayanlara...“ Oğlundan Əli Həsənovla bağlı açıqlama

SİYASƏT

28 Dekabr 2019 11:27

Oxunma sayi: 408
“Şayiə yayanlara...“   Oğlundan Əli Həsənovla bağlı açıqlama

Dünəndən Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

Azmedia.az  Teleqraf.com-a istinaden xəbər verir ki, bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli açıqlama verib.

 

O bildirib ki, sözügedən məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq.

 

Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!