Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gənc çağırışçılarla bağlı AÇIQLAMA

SİYASƏT

02 Oktyabr 2020 16:04

Oxunma sayi: 713
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən        gənc çağırışçılarla bağlı AÇIQLAMA

"Hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilən bir prosesdir. Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur".

 

Azmedia.az  xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib. 

"Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq, Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada da təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Bir daha diqqətə çatdırırıq ki, oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır, yəni plana uyğun olaraq aparılır", - o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!