Səfir: “Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür”

SİYASƏT

20 Yanvar 2022 03:03

Oxunma sayi: 238
Səfir: “Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür”

“Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twiterdə” yazıb.

Paylaşımda deyilir ki, Böyük Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür:

“Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşdüm”
 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!