Şəhid anası: “Belə bir hiss vardı ki, bəlkə, bu axırıncı görüşdür?” VİDEO

SİYASƏT

11 Dekabr 2020 13:28

Oxunma sayi: 1066
Şəhid anası:     “Belə bir hiss vardı ki, bəlkə, bu axırıncı görüşdür?”   VİDEO

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma dədə-baba torpaqlarına qovuşub. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

 

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də 21 yaşlı Mahmud Cavadov olub.

İctimai Televiziya şəhidimiz barədə süjet hazırlayıb.

Onun anası Səkinə İbrahimova bildirib ki, oğlu müharibəyə həvəslə gedib:

“Yola salanda onda vüqar var idi. Ana qəlbidir də... Belə bir hiss vardı ki, bəlkə, bu axırıncı görüşdür?”

Süjeti təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!