Şəhid anası: “Deyirdi, gələcəm tezliklə, sənə gəlin lazımdır” VİDEO

SİYASƏT

22 Dekabr 2020 12:00

Oxunma sayi: 801
Şəhid anası:     “Deyirdi, gələcəm tezliklə, sənə gəlin lazımdır”   VİDEO

“Deyirdi ana narahat olma, hər şey yaxşı olacaq. Biz qabağa gedirik. Gələcəm tezliklə, sənə artıq gəlin lazımdır”.

 

Bu sözləri 25 yaşlı şəhidimiz Nicat Abdullayevin anası Sara Abdullayeva deyib.

Nicat Vətən müharibəsi başlayanda deyir ki, torpaqların azad olunmasında onun da payı olmalıdır: “Ana-bala deyildik biz onunla, dost idik. Hər sözümüzü deyirdik bir birimizə. Dedi ana, mənim yolumu kəsmə, xeyir-dua ver gedim. Mən də verdim. Mən hələ inanmıram. Elə bilirəm işdədi, gələcək. Məni aldadıb apardılar ki, yaralıdı. Gülə-gülə gedirdim uşağımı axtarmağa. Sonradan başa düşdüm ki, uşağım ölüb”.

Nicat Abdullayev Cəbrayılın azad olunmasında igidliyi ilə fərqlənib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə isə ən uca zirvəni - şəhidlik zirvəsini fəth edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!