Şəhid anası: “Oğlum deyirdi ki, Xocalıya, ata yurduma bayrağı özüm sancacağam“ VİDEO

SİYASƏT

21 Dekabr 2020 17:25

Oxunma sayi: 1068
Şəhid anası:     “Oğlum deyirdi ki, Xocalıya, ata yurduma bayrağı özüm sancacağam“   VİDEO

Özünü Vətən torpağına qurban edən oğullardan oldu Əlizamin Ramazanlı. Ailənin sonbeşiyi, 2 bacının 10 ildən sonra dünyaya gələn tək qardaşı idi.

 

Ən dəyərli əşyalarını yadigar saxlaması üçün anasına verən Əlizamin sonuncu şəklini də elə anası ilə çəkdirərək, yollanıb Vətən müharibəsinə.

Əlizamin əslən Xocalının Kosalar kəndindən idi. Ona görə də ata yurdunun işğal altında olması ilə heç vaxt barışmırdı.

Murovdağ, Kəlbəcər və Füzulini düşmən tapdağından azad edilməsində iştirak edən igidimiz Hadrut uğrunda gedən döyüşlərdə ən yüksək zirvəyə -şəhadətə yüksəlib.

Vətənin igid oğlu ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Böyüyüb, boya-başa çatdığı Bərdə rayonunun Şirvanlı kəndindəki bulaq da artıq "Əlizamin bulağı" adlandırılır. Şəhadətin mübarək, qardaş!

Azmedia.Az xezerxeber.az-a istinadən mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!