Şəhid anası: “Oğlumun geri dönəcəyinə inanırdım, çünki o verdiyi sözün üstündə durmağı bacarırdı” VİDEO

SİYASƏT

29 Dekabr 2020 12:05

Oxunma sayi: 686
Şəhid anası:     “Oğlumun geri dönəcəyinə inanırdım, çünki o verdiyi sözün üstündə durmağı bacarırdı”   VİDEO

Ürəyi vətən eşqi ilə döyünən üç qardaşdan biridir Emil İsgəndərov. O evin ən böyüyü idi. 

 

Şəhid anası Tənzilə İsgəndərova bildirir ki, digər övladlarından ayırmasa da onu, Emil fərqli idi digərlərindən.

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində gizir olaraq xidmət edirdi Vətənə.

Vətən müharibəsi başlayanda üç qardaşın atası “öncə vətən” deyib onları cəbhəyə yola salıb. Lakin ortancıl qardaşı geri qaytarıblar.

Anası deyir ki, oğlumun geri dönəcəyinə inanırdım. Çünki o verdiyi sözün üstündə durmağı bacarırdı. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!