Şəhid atası: “Vətən darda olduğundan oğlum evdə otura bilməzdi“ VİDEO

SİYASƏT

04 Yanvar 2021 13:58

Oxunma sayi: 982
Şəhid atası:     “Vətən darda olduğundan oğlum evdə otura bilməzdi“   VİDEO

Qəlbi vətən həsrəti ilə alışıb-yanan nur üzlü şəhidimiz Teymur Osmanlı... 25 yaşlı igidimiz hər addımında, sosial şəbəkələrdə etdiyi hər paylaşımda vətənpərvərliyə səsləyirdi. Cəbhəyə böyük sevinclə yollanmışdı qəhrəmanımız. Qardaşı ilə danışarkən qurduğu cümlə də bunun bariz sübutu idi.

 

Azmedia.Az-ın məlumatına görə, Teymur Osmanlı İsmayıllının Cülyan kəndində böyümüşdü.

Suqovuşan isə onu şəhadətə qovuşdurdu. Xüsusi təyinatlı əsgər kimi döyüşlərə qatılan Teymur 2018-ci ildə hərbi xidməti başa vursa da, Vətən müharibəsi başlayan kimi yenidən ön cəbhəyə yollanıb.

Atası deyir ki, onun vətənpərvər oğlu vətəni darda olduğundan evdə otura bilməzdi. Getdi və iki ümdə arzusunu reallaşdırdı.

Qəhrəmanımız bu arzusuna çoxdan hazır idi. Qardaşının dediyi kimi, Aprel döyüşləri ilə bağlı məlumatları dönə-dönə oxuyaraq, görüntüləri izləyərək, müqəddəs saydığı torpağı uğrunda şəhid olmağa hazırlanırmış. Bircə nigarançılığı vardı- geridə qoyduğu ailəsi...

Azmedia.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!