Şəhid İsmayıl Qabilov Şəhidlik zirvəsinə ucaldığı 68 gün sonra məlum oldu (VİDEO)

SİYASƏT

07 Yanvar 2021 15:39

Oxunma sayi: 677
Şəhid İsmayıl Qabilov   Şəhidlik zirvəsinə ucaldığı 68 gün sonra məlum oldu (VİDEO)

Düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi üçün qəhrəmanlıq göstərənlərdən biri də çavuş İsmayıl Qabilovdur. Musiqi istedadı olsa da, vətən sevgisi onu hərb işinə yönəltmişdi. Əslən Kəlbəcərdən olan, doğma torpağının işğalda olması ilə barışa bilməyən İsmayıl müharibənin ilk günlərindən ən qızğın döyüşlərə qoşulmuşdu.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, doğma torpağı Kəlbəcəri ondan ayıran tək əngəl başıqarlı Murov zirvəsi idi. İllərdir arzusunda olduğu o zirvəni aşmaq üçün Ömər aşırımının bəyaz qarlarını al qanı ilə boyadı.

Şəhid çavuş İsmayıl Qabilov əks hücum əməliyyatlarının ilk günü cəbhədə ən şiddətli döyüşlərin getdiyi Murov istiqamətinə yollanır.

Murov zirvəsini ilk fəth edənlərdən olan İsmayıl Qabilovun ailəsi 2 aydan çox onun yolunu gözləyib. 68 gündən sonra onun şəhid olması haqqında məlumat alırlar.

İsmayılı tanıyanlar deyir ki, onun xüsusi musiqi istedadı olub. Lakin o, Kəlbəcəri azad görməyənə qədər hərbi formanı əynindən çıxarmayacağına söz verib və hərbçi kimi vətənə xidmət edib.

İsmayıl Qabilov döyüşlərdə göstərdiyi şücaətə görə ''Vətən uğrunda'' medalı, xidmətdə fərqlənməsinə görə isə müxtəlif mükafatlarla təltif olunub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!