Şəhid olarkən “qızıma tez tez baş çəkin” demişdi, dünən bir yaşı oldu

SİYASƏT

14 Dekabr 2020 10:14

Oxunma sayi: 1890
Şəhid olarkən “qızıma tez   tez baş çəkin” demişdi, dünən bir yaşı oldu

Vətən Müharibəsində şəhid olan baş leytenant Zaur Hüseynovun yeganə övladı Zeynəbin ötən gün bir yaşı tamam olub. 

 

Azmedia.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanımız son nəfəsində belə qızını düşünüb, öz döyüşçü dostlarına qızına tez-tez baş çəkmələrini, onu tək qoymamalarını tapşırıb.

Şəhid baş leytenant Zaur Hüseynov 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşüb. O, Füzuli rayonunun Qaraxanbeyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, bu ərazilərin işğaldan azad edilməsində öndə gedən, bu kəndlərə bayrağımızı sancan hərbçilərimizdən olub.

O, silahdaşları ilə birlikdə erməni postunu mühasirəyə alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!