Şəhid olmamışdan qabaq atasından halallıq istəyən Əjdər Dadaşov VİDEO

SİYASƏT

06 Yanvar 2021 14:07

Oxunma sayi: 1060
Şəhid olmamışdan qabaq atasından halallıq istəyən Əjdər Dadaşov   VİDEO

Əvvəl ailə üzvləri ilə vidalaşdı, sonra dünya ilə. Şəhid olmamışdan qabaq isə atasına zəng edib ondan halallıq istədi.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Salyanın Xalac kəndində dünyaya göz açıb Əjdər Dadaşov.

Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Atasına böyüyəndə "torpaqlarımızı yağı düşməndən geri alacağam" demişdi.Vədinə əməl etdi, böyüdü və hərbçi oldu. Xüsusi təyinatlımız müharibənin ilk günündən Soqovuşan istiqamətində gedən döyüşlərə qatılır və ömrünün 24-cü baharında ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olur.

Anası İlhamə Dadaşova deyir ki, Əjdər çox istiqanlı uşaq idi, heç kəsin xətrinə dəyməzdi. Ailəsi ilə tez- tez əlaqə saxlayardı.

Əjdərin tükənməyən vətən sevgisi qardaşının da həyatına təsir göstərib. Qardaşı Amil deyir ki, onun hərbiçi olmağının səbəbkarı Əjdər olub: "Mənə dedi ki, gəl sən də mənim kimi hərbiçi ol, iki qardaş birlikdə vətənin keşiyində duraq".

Əjdər tezliklə ailə qurmaq istəyirdi, amma nəsib olmadı.

Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomaterialda:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!