Şəhidlik zirvəsinin 20 yaşlı fatehi Cavid Abdullayev VİDEO

SİYASƏT

14 Dekabr 2020 10:27

Oxunma sayi: 1708
Şəhidlik zirvəsinin 20 yaşlı fatehi Cavid Abdullayev   VİDEO

Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçimiz, 20 yaşlı Cavid Abdullayev dəfn olunub.

 

Baku Tv xəbər verir ki, şəhidin üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu Qaşqaçay kəndinə gətirilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra şəhidin nəşi “Şəhidlər Ölməz, Vətən Bölünməz” şüarları altında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin yaxınları onun mərd, qorxmaz biri olduğunu söyləyiblər.

Qeyd edək ki, Cavid Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan hərbi xidmətə çağırılmışdı.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!