Şəhidliyi ilə hər kəsi kədərləndirən, həm də qürurlandıran daha iki igidimiz VİDEO

SİYASƏT

11 Dekabr 2020 16:45

Oxunma sayi: 1503
Şəhidliyi ilə hər kəsi kədərləndirən, həm də qürurlandıran daha iki igidimiz   VİDEO

Qubadlı və Hadrut uğrunda gedən döyüşlərdə şəhid olan Anar Qorçuyev və Ramil Quliyevin qəhrəmanlıqlarından hələ çox danışılacaq.

 

AZTV xəbər verir ki, noyabrın 2-də “Narahat olma, ana yaxşıyam” deyib bir saat sonra şəhid olan A.Qorçuyev əslən Qubadlıdan olub. 

Şəhidin anası Asya Allahverdiyeva bildirir ki, hər şeyi əvvəldən bilirmiş kimi davrandı:

“Cəbhəyə getdiyini mənə demədi. Qapıda üz-gözümdən öpüb getdi”.

Digər qəhrəmanımız Ramil Quliyev Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Anası Solmaz Allahverənova bildirir ki, Qubadlıya bayraq taxmaq istəyirdi. 

R.Quliyev Qubadlıya bayraq asa bilməsə də, onun yaxınları şəhidin bayrağını və fotosunu Qubadlıdan asıblar. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!