Şəhriyar Məmmədyarov xəstə xəstə oyuna çıxdı

SİYASƏT

23 Dekabr 2020 17:41

Oxunma sayi: 824
Şəhriyar Məmmədyarov xəstə   xəstə oyuna çıxdı

Türkiyə Şahmat Federasiyasının 15 illiyi münasibətilə özəl şahmat görüşü keçirilib.

 

Azmedia.Az-ın xəbərinə görə, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovla türkiyəli qrossmeyster Vahap Şanal qarşılaşıb.

Tərəflər bir klassik, bir də blits şahmat olmaqla iki görüş keçiriblər. Hər iki görüş heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov beş gün əvvəl açıqlamasında koronavirusa yoluxduğunu və bunun üçün “Tata Steel” Şahmat Turnirindən çəkildiyini bildirib. Lakin görünür, dostluq və qardaşlıq olunca, hər görüşdən imtina etmək mümkün deyil.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!