Serbiya daxili işlər naziri ölkə prezidentinin qanunsuz dinlənildiyini söyləyib

SİYASƏT

03 Yanvar 2021 16:55

Oxunma sayi: 627
Serbiya daxili işlər naziri ölkə prezidentinin qanunsuz dinlənildiyini söyləyib

Serbiyanın hüquq-mühafizə orqanları Prezident Aleksandar Vuçiçin hansı şəraitdə qanunsuz dinlənildiyini araşdırırlar.

 

Azmedia.Az “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin daxili işlər naziri Aleksandr Vulin bildirib:

 

"Daxili İşlər Nazirliyi dinlənilmə ilə bağlı həqiqətləri ortaya çıxaracaqlar. Prezident Vuçiç heç vaxt boş söz demir və bunlar siyasi qazanc naminə yox, həqiqət olduğu üçün söylənilib. O, dinlənildiyinə dair dəqiq məlumatlar əldə edib”.

 

Daxili işlər naziri onu da bildirib ki, Prezidentin qanunsuz dinlənməsi həqiqətdir, lakin onlar bunu sübut etməlidirlər ki, bu hal bir daha təkrarlanmasın.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!