Sərdar Ünsaldan Çinə SƏRT REAKSİYA: “Türkiyədən dərhal üzr istəməlidir“

SİYASƏT

10 Aprel 2020 23:04

Oxunma sayi: 491
Sərdar Ünsaldan Çinə SƏRT REAKSİYA:     “Türkiyədən dərhal üzr istəməlidir“

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Başçı Köməkçisi Sərdar Ünsal, Çin dövlətinin Türk düşməni Ermənistana göndərdiyi səhiyyə ləvazimatlarında Ağrı Dağı sözünü istifadə etməsinə sərt reaksiya verib.

 

Azmedia.az Buta.ws-a istinadən xəbər verir ki, Sərdar Ünsal, Çin dövləti etdiyi bu səhvdən sonra Türkiyədən dərhal üzr istəməli olduğunu bildirib.

 

"Çin dövləti etdiyi bu hərəkətlə Türkiyə sərhədlərində olan Türk torpağı Ağrı Dağını ermənilərə aidmiş kimi göstərməsi qəbul edilir bir hərəkət deyil. Ararat dağı - Türkiyə sərhədlərindəki saf bir Türk dağıdır. İllərdən bəri Ağrı dağında gözü olan ermənilərə Ağrı Dağı adı xatırlatma edilərək kömək kolisi göndərmək Türkiyə sərhədlərinə qəbul edilə bilməz təhqirdir. Türkiyə Xarici İşlər Nazirliyi bu mövzuda Çin səfirini çağıraraq lazım olan reaksiyanı verməlidir. Çin dövləti etdiyi bu səhvdən sonra Türkiyədən dərhal üzr istəməlidir", - deyə Ünsal vurğulayıb. 

 

Ünsal, Çin rəhbərliyinin, ermənilərin hüquqlarının tələb olunduğu Ararat dağı ilə Ermənistana göndərilən yardım paketləri barədə bir mesaj göndərməsi qəbuledilməzdir. Çin hökuməti bu hərəkəti ilə Ermənistanı özlərinə dost Türkiyəni isə düşmən elan edib. Bilinməlidir ki, Ararat dağında ermənilərin gözləri nə qədər olursa olsun, pullarına Ararat dağının şəklini nə qədər qoysalar da, Ararat dağı türk millətinin bir parçası və dağıdır. Ermənilərə veriləcək bir çınq da yoxdur. Çin dövləti etdiyi bu səhvdən sonra Türkiyədən dərhal üzr istəməlidir", - deyə o, əlavə edib.

 

Qeyd edək ki, Çinin Ermənistana göndərdiyi yardım qutularındakı mesajda "Dostluğumuz Ararat dağından yüksək və Yangtze çayından daha uzun olsun" sözləri yer alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!