Sergey Lavrovdan Qarabağ açıqlaması: “Kömək göstərəcəyik, ümid edirik ki, nəticələr olacaq“

SİYASƏT

03 Dekabr 2019 13:48

Oxunma sayi: 480
Sergey Lavrovdan Qarabağ açıqlaması:     “Kömək göstərəcəyik, ümid edirik ki, nəticələr olacaq“

Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.

 

O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.

 

Nazir xatırladıb ki, ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri baş tutub:

 

"Səfərin yekununda vacib razılaşmalar əldə olunub".

 

S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında uzanmış münaqişələrdən biridir:

 

"Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!