Sərkisyan malikanəsini fantastik qiymətə satdı – ABŞ dan Ermənistana şok

SİYASƏT

27 Dekabr 2019 11:53

Oxunma sayi: 229
Sərkisyan malikanəsini fantastik qiymətə satdı – ABŞ   dan Ermənistana şok

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı, fırıldaqçılıqda ittiham olunan Aleksandr Sərkisyan ABŞ-ın Los-Anceles şəhərindəki malikanəsini bu ilin iyununda təxminən 2 milyon dollara satıb.

 

Azmedia.az Teleqraf.com-a istinaden xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

 

Keçmiş deputat Aleksandr Sərkisyanın dəbdəbəli malikanəni 2.8 milyon dollar satın aldığı bildirilib. Sərkisyan 2005-ci ildə aldığı malikanə Monte Verde qapalı ərazidə yerləşən 30 lüks evdən biridir.

 

Köşkün ərazisi divarla hasarlanıb, qapıları daim bağlıdır.

 

Qeyd edilib ki, Aleksandr Sərkisyan həmin dövrdə parlament üzvü olub, ayda bir neçə yüz min dram maaş alıb: “Aydındır ki, o, belə bir dəbdəbəli həyat qurmaq üçün həmin dövrdə ölkə prezidenti olan qardaşı Serj Sərkisyanın da maaşına ümid etmirdi və bu maaşa dəbdəbəli bir malikanə ala bilməzdi”.

 

Maraqlıdır ki, Sərkisyan ev almaq üçün kredit götürməyib, yəni 2.8 milyon dolları öz vəsaiti hesabına ödəyib.

 

2005-ci ildə alınan ev 2004-cü ildə inşa edilib. Sərkisyan bu evin ilk sakini olub və sənədlərdə də onun yeganə sahibi kimi göstərilib. İkimərtəbəli evin ümumi sahəsi 498 kvadratmetr, köşkün yerləşdiyi ümumi ərazi isə 2060 kvadratmetrdir.

 

2008-ci ildə bu ev Sərkisyan qalan 750 min dollar borcu ödəmədikdən sonra hərraca çıxarılıb. Lakin kredit götürən keçmiş prezidentin qardaşı borcunu ödədikdən sonra malikanıə hərracdan çıxarılıb.

 

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sərkisyan və oğulları - Hayk və Narek diqqət mərkəzində olub. Bu günə qədər ata və oğullara Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!