Şimali Koreya daha bir ballistik raket sınağı keçirib

DÜNYA

22 Aprel 2024 13:47

Oxunma sayi: 166
Şimali Koreya daha bir ballistik raket sınağı keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) daha bir ballistik raket sınağı keçirib.

Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Ölkə hökuməti hazırda buraxılışla bağlı təfərrüatı müəyyənləşdirir.

Məlumata görə, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə aprelin 2-də döyüş başlığına malik yeni orta və uzaqmənzilli hipersəs sürətli “Hwasong-16B” raketini uğurla sınaqdan keçirib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!