Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı

SİYASƏT

15 Sentyabr 2020 08:51

Oxunma sayi: 424
Siyavuş Novruzovu kim əvəz edəcək?     – Ad açıqlandı

Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.


Azmedia.az Azpolitika-ya istinadən xəbər verir ki, S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub.

 

Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq.


Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub.


Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!