Şolz Putinə müraciət etdi: “Ölkənin gələcəyini məhv edirsən”

SİYASƏT

09 Aprel 2022 20:00

Oxunma sayi: 133
Şolz Putinə müraciət etdi: “Ölkənin gələcəyini məhv edirsən”

“Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir”.

DW nəşrinin məlumatına görə, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz bildirib.

O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb.

“Sən öz ölkənin gələcəyini məhv edirsən”, - deyə kansler bildirib.

Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərdiyini təkrarlayıb və Kremli Berlinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcəyinə əmin edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!