SON DƏQİQƏ: İlham Əliyev çox vacib SƏRRƏNCAM imzaladı RƏSMİ

SİYASƏT

01 May 2020 14:08

Oxunma sayi: 638
SON DƏQİQƏ:     İlham Əliyev çox vacib SƏRRƏNCAM imzaladı   RƏSMİ

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Azmedia.az  redaktor.az-ın məlumatına görə bildirir ki, sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilirlər.

 

Nazirlər Kabineti “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görməli,yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!