SON DƏQİQƏ: MSK təcili məlumat yaydı

SİYASƏT

25 Dekabr 2019 12:42

Oxunma sayi: 915
SON DƏQİQƏ: MSK təcili məlumat yaydı

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini 2020-ci il yanvarın 12-dək təsdiqləyəcək.
 

Azmedia.az-ın Oxu24.com-a istinadən məlumatına görə, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarının yoxlamalı və təsdiq etməlidir.


Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 12-dək olan dövrü əhatə edir.
 

Eyni zamanda Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 25 gün müddətində seçkilərin yekununu elan etməlidir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dək olan dövrü əhatə edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!