SON DƏQİQƏ! MSK video yayılan dairənin nəticəsin ləğv etdi

SİYASƏT

18 Fevral 2020 16:53

Oxunma sayi: 2172
SON DƏQİQƏ! MSK video yayılan dairənin nəticəsin ləğv etdi

Mərkəzi Seçki Komissiyasının iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış namizəd Qənbərov Əzizin şikayətinə baxılıb.

 

Azmedia.az Oxu24.com -a istinadən xəbər verir ki,  MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib:

 

“Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!