SON DƏQİQƏ! Tanınmış həkim özünü güllələdi -FOTO

ÖLKƏ

24 Aprel 2024 15:11

Oxunma sayi: 1323
SON DƏQİQƏ! Tanınmış həkim özünü  güllələdi -FOTO

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev intihar edib.

Azmedia.Az “Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 24-də, mərhumun Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə qeydə alınıb. 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!