Son nəfəsində dostuna “hiss etdiyim ətri duymursan” dedi: Şəhid Həsən Abdullayev VİDEO

SİYASƏT

13 Yanvar 2021 15:49

Oxunma sayi: 1080
Son nəfəsində dostuna “hiss etdiyim ətri duymursan” dedi:     Şəhid Həsən Abdullayev   VİDEO

Şəhidimiz Həsən Abdullayev 1994-cü ildə Daşkəsən rayonunda doğulub.

 

O, Gəncədə 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 

İkinci Qarabağ müharibəsində şiddətli döyüşlər gedən zaman Həsən Abdullayev döyüş yoldaşlarının nəşinin yanında 3 gün sağ qalıb. Daha sonra xüsusi təyinatlı dəstənin üzvləri onun sağ olduğunu görüb və Həsən onlara qoşulub yenidən döyüşlərə davam edib.

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Həsənin anası oğlunun ölümündən 3 gün əvvəl onun fikriylə vəfat edib. Ana baladan, bala anadan xəbərsiz dünyadan köçüb.

Son nəfəsində dostuna “hiss etdiyim ətri duymursan” deyən 26 yaşlı igid “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!