Soydaşlarımız Praqadakı Azərbaycan səfirliyinin önündə ermənilərin səsini batırdı YENİLƏNİB + VİDEO

SİYASƏT

24 İyul 2020 20:53

Oxunma sayi: 715
Soydaşlarımız Praqadakı Azərbaycan səfirliyinin önündə ermənilərin səsini batırdı   YENİLƏNİB + VİDEO

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.

 

Azmedia.az  xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda Çexiyanın paytaxtı Paraqa şəhərində “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının təşkilatçılığı ilə soydaşlarımızın aksiyası keçirilir.

 

Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.

 

Əllərində ermənilərin Azərbaycan Ermənistan sərhədinin Tovuz iatiqamətində törətdikləri təxribatlar zamanı həlak olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.

 

Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.

 

Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.

 

19:30

Bu gün ermənilərin Azərbaycanın Çexiyadakı səfirliyi önündə aksiya keçirməklə bağlı məlumat paylaşıblar. Buna cavab olaraq, soydaşlarımız Praqa şəhərində yerləşən səfirliyimizin önünə gəliblər. 

Azmedia.az  xəbər verir ki, Azərbaycan bayraqlarına bürünən həmvətənlərimiz səfirlik önünə gələn kiçik bir qrup erməniyə macal verməyiblər. 

 

Soydaşlarımız “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan”, “Qarabağa ədalət”, “Qarabağa bizimdir, bizim olacaq” şüarlarını səsləndirərək, erməniləri aksiya keçirmək istəmələrinə peşman ediblər.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!