Şoyqudan Rusiya sülhməramlılarının fəaliyyəti barədə AÇIQLAMA

SİYASƏT

21 Dekabr 2020 18:43

Oxunma sayi: 787
Şoyqudan Rusiya sülhməramlılarının fəaliyyəti barədə     AÇIQLAMA

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olduğu zaman ciddi hadisələrin baş verməsinə icazə verilməyib”.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında Müdafiə naziri Sergey Şoyqu deyib.

“Bu günə qədər heç bir ciddi hadisəyə yol verilməyib. Mülki nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca təhlükəsiz hərəkəti açıqdır və dəstəklənir”, - deyə o bildirib.

Şoyqu qeyd edib ki, Rusiya sülhməramlılarının rəhbərliyi altında “hamının hamıya” prinsipi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsir mübadiləsi təşkil edilib. Bundan əlavə, cəsədlərin dəyişdirilməsi də aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!