Stoltenberqdən Rusiyaya daha bir Çağırış

SİYASƏT

09 Dekabr 2021 21:12

Oxunma sayi: 237
Stoltenberqdən Rusiyaya daha bir   Çağırış

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı Ukraynanın şərqindəki gərginliyi azaltmağa çağırıb.

Azmedia.Az xəbər verir ki, o, bu barədə Fridrix-Ebert Fondunun təşkil etdiyi "Zamanımızda Sülh Siyasəti" adlı paneldəki çıxışında deyib.

"Rusiyanı gərginliyi azaltmağa, geri çəkilməyə və niyyətləri ilə bağlı şəffaf olmağa çağırırıq", - Stoltenberq bildirib.

O, Rusiyanın mövcud gərginlikdə hərbi güc tətbiq etməyəcəyi, Avropada suveren və müstəqil dövləti olan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə dair gözləntilərini dilə gətirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!