Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi

ÖLKƏ

06 Sentyabr 2024 22:40

Oxunma sayi: 296
Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi

Paytaxtın Yasamal rayonunun Salatın Əsgərova küçəsi 160 ünvanında anbarı su basıb.

Azmedia.Az xəbər verir ki, bu barədə şikayət baku.ws-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, vətəndaşa külli miqdarda maddi ziyan dəyib:

"Hadisədən bir gün əvvəl "Azərsu" əməkdaşları ərazidə iş aparıblar. Bundan sonra subasma halı baş verib".

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, problemlə bağlı "Bakı Sukanal" İdarəsinə məlumat verildi. Hazırda əməkdaşlar əraziyə cəlb olunurlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!