Sudan səfiri Bakıdan getdi – Foto

SİYASƏT

27 Dekabr 2019 17:11

Oxunma sayi: 221
Sudan səfiri Bakıdan getdi – Foto

Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azmedia.az Teleqraf..com-a istinadən bildirir ki, XİN-in mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Sudan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

 

Səfir Abbas Abdalla Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII zirvə görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, bu görüşün Sudan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

 

E.Məmmədyarov öz növbəsində Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb.

 

Sonra səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

 

Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib.

 

Tərəflər arasında, həmçinin, qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!